Karanka İngiltərə klubunun baş məşqçisi təyin edildi

İngiltərənin "Birmingem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az klubun saytına istinadla xəbər verir ki, Çempioşip təmsilçisini bundan sonra Aytor Karanka çalışdıracaq. İspaniyalı mütəxəssisin müqavilə şərtləri açıqlanmayıb.

46 yaşlı çalışdırıcı "Nottingem Forest", "Midlzbro" və İspaniyanın U-16 millisinin baş məşqçisi olub. O, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right