PSJ cari mövsümdə 3-cü titulu qazandı

Fransa Liqa Kubokunun final qarşılaşması keçirilib.

Newsport.az-ıın məlumatına görə, həlledici oyunda PSJ ilə Lion “Olimpik”i üz-üzə gəlib.

Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ qələbə qazanan tərəf olub.

Koronavirus pandemiyasına Liqa 1-in qalibi elan olunmuş, Fransa kubokunu da qazanmış PSJ, bu mövsüm üçüncü tituluna yiyələnib. Bütövlükdə isə Paris təmsilçisi tarixində 9-cu dəfə Liqa Kubokunun qalibi olub.

PSJ – Olimpik (Lion) 0:0 (penaltilər – 6:5)

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right