“Qalatasaray” iki futbolçusunu icarəyə göndərdi

“Qalatasaray” iki futbolçusunu “Bandırmaspor”a icarəyə göndərib.

Newsport.az-ıın məlumatına görə, İstanbul təmsilçisi Gökay Güney və Ferhan Evreni növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparacaq “Bandırmaspor”a icarəyə verib.

Bu barədə “Bandırmaspor” klubundan məlumat verilib. 20 yaşlı yarımmüdafiəçi Ferhan Evren və 21 yaşlı mərkəz müdafiəçisi Gökay Güney satınalma şərti ilə bir illik icarəyə götürülüb.

“Bandırmaspor” bu iki futbolçu ilə yanaşı, “Osmanlıspor”un mərkəz müdafiəçisi Mehmet Yigitlə də anlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right