Co Hart "Seltik" yolunda

Şotlandiyanın "Seltik" klubu İngiltərə millisinin keçmiş qapıçısı Co Hartı transfer etmək istəyir.

 

Newsport.az-ıın məlumatına görə, Qlazqo təmsilçisi "Börnli" ilə müqaviləsi bitən 33 yaşlı qolkiper üçün hərəkətə keçib. Təcrübəli qolkiperlə danışıqlar uğurlu tamamlansa, 2 illik müqavilə imzalanacağı gözlənilir.

 

Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. İngilis qolkiper 2018-ci ildə "Börnli"yə keçib. O, İngiltərə millisində 75 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right