Bekhemin komandası Suaresə göz dikdi

İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemin sahib olduğu "İnter Mayami" klubu "Barselona"nın hücumçusu Luis Suareslə maraqlanır.

Newsport.az-ıın məlumatına görə, MLS təmsilçisi uruqvaylı hücumçunun transferi üçün hərəkətə keçib. Məlumata görə, 33 yaşlı futbolçuya sərfəli təklif irəli sürülüb.

 

Nəşrin məlumatına görə, Suares 2021-ci ilin yayına qədər katalonlarda qalıb, azad agent statusu ilə klubdan ayrılmaq fikrindədir. Əgər "Barsa" təcrübəli forvarda yeni sözləşmə təklif etsə, futbolçu bununla razılaşmağa müsbət yanaşacaq.

 

Uruqvay millisinin üzvü 6 mövsüm çıxış etdiyi "Barselona"da 281 oyun keçirib, 196 qol vurub, 109 assist edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right