David Alaba "Barselona"ya keçəcək

"Bavariya"nın müdafiəçisi David Alaba karyerasını "Barselona"da davam etdirə bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu karyerasını Kataloniya təmsilçisində sonlandırmaq istəyir.

“Barselona” uzun müddətdir Alabanı transfer etməyə çalışır. Kataloniya klubunun rəhbərliyinin iki ildir bu müqaviləni həyata keçirməyə çalışdığı qeyd olunur. Ancaq 28 yaşlı futbolçunun komandaya keçidi bu yay baş tutmayacaq.

Çünki Alabanın “Bavariya” ilə müqaviləsi 2021-də bitir və müdafiəçi azad agent statusu daşıyacaq. Münxen təmsilçisinin avstriyalı oyunçu ilə razılığa gələ bilmədiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Bavariya" da 28 oyun keçirib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right