"Bayern" "Liverpul"un almaq istədiyi futbolçuya qiymət qoydu

"Bayern" adı "Liverpul"la hallanan yarımmüdafiəçisi Tyaqo Alkantaraya qiymət qoyub.

 

Newsport.az-ıın məlumatına görə, Münhen təmsilçisi ispaniyalı yarımmüdafiəçini 30 milyon avroya satmağa hazırdır. "Liverpul" 29 yaşlı futbolçu üçün bu məbləği ödəsə, transfer baş tutacaq.

 

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo "Bayern"də 231 oyun keçirib, 31 qol vurub və 37 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right