Yurgen Klopp mövsümün ən yaxşı baş məşqçisi seçildi

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, İngiltərə Məşqçilər Birliyi (MLA) "Liverpul"u 30 ildən sonra ölkə çempionu edən "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun bu mükafata yiyələndiyini açıqlayıb.

 

"Qırmızılar" almaniyalı mütəxəssisin rəhbərliyi ilə 2019/20 mövsümündə Premyer Liqa çempionu olub.

 

Çempionşipdə isə Premyer Liqaya çempion kimi yüksələn "Lids"in çalışdırıcısı Marselo Byelsa ən yaxşı baş məşqçi seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right