Azərbaycanlı futbolçunu avrokuboklara buraxmadılar

Ukrayna Premyer Liqasında Avropa Liqasına sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” pley-offun yarımfinal mərhələsi çərçivəsində bu gün “Mariupol”la qarşılaşıb.

Üç qolun qeydə alındığı matç "Mariupol"un qələbəsiylə yekunlaşıb – 2:1. Beləcə, bu komanda finala vəsiqə qazanıb. “Aleksandriya” isə Avroliqaya vəsiqə şansını itirib.

Paşayev də bu görüşün iştirakçısı olub. Son dövrlər zədə səbəbindən oynaya bilməyən millimizin üzvü bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right