Millimizin üzvünün komandası Sequndada qaldı

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında qalıb.

Newsport.az-ın məlumatına görə, komanda buna sonuncu - 42-ci turda "Kadis"lə matçda nail olub.

"Albasete" 90-cı dəqiqədə Maykel Mesanın penaltidən vurduğu qolla qələbə qazanıb - 1:0. İsrafilov bu matçda iştirak etməyib və sonadək ehtiyat skamyada əyləşib.

Komandanın əsas üzvlərindən sayılan oyunçunun matçı buraxma səbəbi bəlli deyil. Bu nəticədən sonra "Albasete" çempionatı 52 xalla 17-ci pillədə başa vurub.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right