“Lill”in üç futbolçusunda koronavirus aşkarlandı

Fransanın “Lill” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Kristof Qaltye məlumat verib.
 
O, “Muskrona”a 2:1 hesabıyla qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında Renato Sançes, Conatan İkone və Conatan Bambadan götürülən koronavirus testinin müsbət nəticə verdiyini bildirib. Hazırda onların xüsusi karantin rejimində müalicəsi davam etdirilir. Hər üç futbolçunun qısa zamanda sıraya dönməsi gözlənilir.
 
Qeyd edək ki, “Lill” koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-in 2019/20 mövsümündə 4-cü yeri tutduğu üçün Avropa Liqasında iştirak hüququ qazanıb. Fransa çempionatında yeni mövsümə isə avqustun 23-də start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right