"Mançester Siti"dən Torresə 5 illik müqavilə

"Mançester Siti" "Valensiya"nın yarımmüdafiəçisi Ferran Torresin transferində israrlıdır. Newsport.az xəbər verir ki,  "şəhərlilər" qarşı tərəflə danışıqları yenidən bərpa edib.

Məlumata görə, Premyer Liqa təmsilçisi 20 yaşlı futbolçuya 5 illik müqavilə təklif edib. Onun tarsnfer dəyəri 15-18 milyon avro göstərilir. Keçid reallaşarsa, sözləşmədə onun sərbəst qalma bədəli 100 milyon avro göstəriləcək.

Qeyd edək ki, "Valensiya"nın yetirməsi olan Ferran Torres 2017-ci ildən əsas komandada çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right