"Barselona"da TƏCİLİ toplantı YENİ QƏRAR VERİLDİ

"Barselona"nın prezidenti Jozep Bartomeu klubun baş məşqçisi Kike Setyenlə təcili görüş keçirib.

Newsport.az-ın məlumatına görə, görüş zamanı klub rəhbərinin La Liqada qalib olmaq şanslarını itirmələrinə baxmayaraq, 61 yaşlı mütəxəssisi dəstəklədiyini bildirib.

Kataloniya təmsilçisinin bu mövsümün sonuna kimi Setyeni istefaya göndərməyi planlaşdırmadığı vurğulanıb. Bu isə o deməkdir ki, o, Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə cavab görüşündə də komandanın başında olacaq.

Vəziyyətin yalnız Setyenin özü ayrılmaq istəyəcəyi təqdirdə, dəyişə biləcəyi qeyd olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right