“Benfika" sabiq baş məşqçisini qaytardı

Braziliyanın "Flamenqo" komandasına rəhbərlik edən Jorji Jezuş Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi olacaq.

Newsport.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis klubun təklifini qəbul edib. Portuqaliyalı baş məşqçinin hazırkı komandası ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Jezuş sözləşmənin vaxtından əvvəl ləğv olunması barədə danışıqlar aparır.

O, artıq yeni komandası ilə razılığa gəlib, lakin müqavilənin detalları hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Jorji Jezuş 2009 - 2015-ci illərdə "Benfika"ya rəhbərlik edib. O, komanda ilə 3 dəfə ölkə çempionluğunun, bir dəfə isə kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right