“Messi “Barselona”da xoşbəxt deyil və nə edəcəyini bilmir”

“Barselona” prezidentliyinə namizəd Viktor Font Lionel Messi ilə bağlı yaranan duruma münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o deyib: “Kapitan klubda xoşbəxt deyil və nə edəcəyini bilmir. Görünür, Messi son illər Çempionlar Liqasında qalib ola bilmədiklərinə görə məyus olub. Məhz bu məqama fikir vermək lazımdır. Biz istəyirik o başa düşsün ki, əgər kluba rəhbərlik etsək, komandanı gücləndirmək üçün şəraiti yaxşılaşdıracağıq. Bu halda Messi yenidən ÇL-in qalibi ola bilər”.

Daha öncə yayılan xəbərə görə, argentinalı futbolçu klubdakı durumdan razı deyil və gələn il “Barselona”nı tərk etmək fikrindədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right