Nicat Qurbanov: "Qolu şəhid olan hərbçilərimiz və xidmətdə olan əsgərlərimizə həsr etdim"

Gürcüstan çempionatının 6-cı turunda Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” səfərdə “Merani”yə 2:1 hesabı ilə qalib gəlib. Nicat 54-cü dəqiqədə penaltidən komandasının qələbə qolunu vurub.

Qurbanov vurduğu qolu əsgər salamı ilə qeyd edib. O, Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərini anıb.

Newsport.az-ın məlumatına görə, Nicat Qurbanov Sportal.az-a açıqlamasında həmin anı bölüşüb:

"Son günlərdə baş verənləri fikirləşirəm, telefonda xəbərləri izləyirəm. Hər gün vətənimdən xoş xəbərlər gözləyirəm. Fikirləşirdim ki, qol vursam, şəhidlərimiz və əsgərlərimizə həsr etməliyəm. Çox şükür, Allah mənə qol vurmaq sevinci yaşatdı və mən də qolu topraqlarımız uğrunda şəhid olan hərbçilərimizə və xidmətdə olan əsgərlərimizə həsr etdim. Vətənə görə nəsə etmək üçün hazırda əlimdən gələn bu idi. Bunu edə bilərdim və mən də etdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right