Setyen "Barselona"dakı gələcəyindən danışdı

"Barselona"nın baş məşqçisi Kike Setyen klubdakı gələcəyi barədə fikirlərini bildirib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, növbəti mövsüm də özünü Kataloniya təmsilçisinin başında gördüyünü deyib:

"Özünü növbəti mövsümün "Barselona" ilə məşqə çıxarkən görə bilərəm. Mən əvvəllər də bu vəziyyəti yaşamışam. Etiraf edirəm ki, gözlənilən uğur qazana bilməmişik, amma dəyərli işlər gördüyümüzü də deyə bilərəm. Baş verənlərin məsuliyyətini öz üzərimə götürürəm, amma hamısının deyil".

Qeyd edək ki, "Barselona" La Liqanın bərpasından sonra liderliyi əldən verib. Komanda hazırda lider olan "Real"dan 4 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right