Martines Premyer Liqaya doğru

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər. Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, “Mançester Siti” oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, “şəhərlilər” 22 yaşlı forvardı yayda rənglərinə bağlamaq niyyətindədir. Serxio Aquero gələn mövsüm karyerasını Argentinada davam etmək istədiyi üçün Lautaro onun alternativi görülür.

Ancaq “Barselona”nın da oyunçu üçün israrı davam edir. Martinesin Lionel Messi ilə birgə oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, argentinalı forvard cari mövsüm ASeriyasında 13 qol vurub və 7 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right