"Liverpul" çempionluq kubokuna qovuşur

İngiltərə Premyer Liqasının 2019/20 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib. Newsport.az xəbər verir ki, “Liverpul” növbəti həftə çempionluq kubokuna qovuşacaq.

Məlumata görə, “qırmızılar”ın 30 ildir həsrətində olduqları kubok iyulun 22-də təqdim ediləcək. Premyer Liqanın 37-ci turu çərçivəsində “Çelsi” ilə evdə keçiriləcək qarşılaşmanın ardından “Enfild Roud” stadionunda mükafatlandırma mərasimi olacaq.

Qarşılaşmaların azarkeşsiz keçirildiyi üçün tədbirdə oyunçular, məşqçilər heyəti və klubun əfsanəsi Kenni Dalqliş iştirak edəcək. Rəhbərlik azarkeşlərdən çərşənbə axşamı günü stadiona gəlməməyi və mərasimi televizordan canlı izləməyi tələb edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right