"Mançester Siti" "Valensiya"nın hücumçusunu alır

"Valensiya"nın futbolçusu Ferran Torres  "Mançester Siti" klubuna transfer olacaq.

Newsport.az "Eurosport"a istinadən xəbər verir ki, “şəhərlilər” 20 yaşlı hücumçu ilə razılığa gəlib. Klublar arasındakı danışıqlarda da anlaşma əldə edilib. 

İspaniyalı forvardın Premyer Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm Ferran Torres 42 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right