Messi “Barselona”dan gedirmi?

“Barselona”nın hücumçusu Luis Suares Lionel Messinin klubdan gedəcəyi barədə xəbərlərə münasibət bildirib.

Newsport.az-ın xəbərinə görə, o, “Daily Mail” nəşrinə müsahibəsində bildirib ki, argentinalının başqa komandada oynamasında məna görmür:

“Leo özünün və ailəsinin rahatlığına əsaslanaraq qərar verəcək. Messinin dostu kimi həmişə məsləhət görərdim ki, onun üçün harada yaxşıdırsa, orada da oynasın. Hesab edirəm ki, özü də, ailəsi də Barselonada xoşbəxtdirlər. Deməli, o, komandada çıxışını davam etdirməlidir. Yox, əgər Messiyə dəyişiklik lazımdırsa, o, daha yaxşı qərar verə biləcək”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right