"Bilirəm ki, məhkəmədə bu məsələ müzakirə olunmayıb"

“Mançester Yunayted”in sabiq futbolçusu Fil Nevill İdman Arbitraj Məhkəmsinin (CAS) “Mançester Siti” ilə bağlı qərarına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, CAS “şəhərlilər”in ÇL-dən uzaqlaşdırılması ilə bağlı qərarı ləğv edib. Nevill buna görə UEFA-nı tənqid edib:

“UEFA sadə intizam məhkəməsini də düzgün apara bilmir. Bunu çoxdan bilirik. Əlbəttə ki, daha mürəkkəb bir şey edəcəkləri inandırıcı görünmürdü.

“Mançester Siti”nin ciddi məhkəmədə qalib gəlməsi təəccüblü deyil. Çünki UEFA, sadəcə, öz intizam tədbirlərini həyata keçirə bilmir.

Bütün gücünü bu işə sərf edən “Mançester Siti”nin “hüquqi maşını”na UEFA-nın qalib gələcəyini gözləmək sadəlövhlük olardı. Bilirəm ki, məhkəmə zalında bu məsələ müzakirə olunmayıb, amma mən maliyyə feyr-pleyinə inanmıram”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah