Klub prezidenti qızıl saata görə qarətçilərlə əlbəyaxa oldu

“Breşiya”nın prezidenti Massimo Çellino insidentlə üzləşib.

Newsport.az-ın məlumatına görə, 63 yaşlı Çellino qarətçilərin hücumuna məruz qalıb.

Hadisə Belçikada baş verib. Massimo bir müddət əvvəl Belçikanın Padenqa şəhərində ev alıb. O, evinin yaxınlığındakı mağazadan çıxarkən qarətçilərin hücumuna məruz qalıb.

Qarətçilər ondan qızıl saatı tələb ediblər. Klub prezidenti müqavimət göstərib və onlarla əlbəyaxa olub.

Çarpışma zamanı onun sifəti avtomobilinin açıq qalan qapısına dəyib. Amma yüngül xəsarət alan klub prezidenti qiymətli əşyalarını qorumağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right