"Neftçi"yə kömək etmək üçün bu işi gördülər

«Neftçi»nin əsas komandasının məşqçiləri və bir qrup yerli futbolçusu yeni təşəbbüslə çıxış edib.

Newsport.az-ın məlumatına görə, onlar yeni mövsümdən etibarən alacaqlarının müəyyən bir həddədək azaldılmasını təklif eləyib.

Məqsəd klubun büdcəsinə qənaətdir. İdarəçilərdən də onlara qoşulanlar var.

Paytaxt təmsilçisi ötənilki büdcə ilə yoluna davam etmir. Azalma var və bu, hissolunacaq səviyyədədir. SOCAR-dan sonra «ağ-qaralar»ın ən böyük maliyyə dayağı «Türk Hava Yolları» idi, sözügedən şirkət artıq bu dəstəyi dayandırıb. Neft kompaniyası da «kəmərsıxma»ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right