Ölkə prezidenti De Byazinin təyinatından yazdı

Albaniya prezidenti İlir Meta italiyalı mütəxəssis Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasından yazıb.

 

Newsport.az-ın məlumatına görə,  o, 64 yaşlı çalışdırıcıya uğurlar arzu edib:

 

"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq".

 

De Byazi 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. O, 2016-cı ildə bu komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right