"Tottenhem"in futbolçusunun qardaşı güllələndi

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye qətlə yetirilib.

Newsport.az-ın məlumatına görə, hadisə Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib. 26 yaşlı həvəskar futbolçu xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Kristofer Orye həvəskar liqada çıxış edirdi. Serj Orye isə Fil Dişi Sahili millisinin müdafiəçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right