14 ildən sonra La Liqaya qayıtdılar

İspaniya La Liqasına yüksələn ilk klub məlum olub.

Newsport.az-ın məlumatına görə, Sequndada 40 turdan sonra lider “Kadiz” ən pis halda 2-ci yeri özü üçün təmin edib.

Aktivində 69 xalı olan komanda sona iki tur qalmış çempionluğa da əsas namizəd sayılır. 2-ci pillədə qərarlaşan “Hueska”nın 64, 3-cü olan “Saraqosa”nın isə 62 xalı var.

Qeyd edək ki, “Kadiz” sonuncu dəfə 2005-2006 mövsümündə La Liqada çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right