Almaniya klubu "Qarabağ"dan qayıdan futbolçunu istəmir

"Ştutqart" "Qarabağ"la icarə müddəti başa çatan Aylton Silva ilə yolları ayıracaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Sven Mislintat Almaniya mətbuatına açıqlamasında deyib. O, braziliyalı müdafiəçinin komandada rəqabət aparmaq gücündə olmadığını bildirib: "Komandadakı hazırkı rəqabəti nəzərə alaraq, Ayltona burada şans görmürük. Buna görə də hər iki tərəf üçün sərfəli variant axtarırıq".

Aylton Silvanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

"Ştutqart" 2020/21 mövsümündə Bundesliada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right