Latviya polisi rus hakimi saxladı

Latviya polisi bir neçə gün əvvəl rusiyalı sabiq hakim Pavel Stipidini saxlayıb.

Newsport.az-ın xəbərinə görə, bu haqda Rusiya mətbuatı məlumat yayıb. O, totalizatorlarda maxinasiya etməkdə şübhəli bilinib. Hazırda UEFA bununla əlaqədar Latviya polisi ilə birgə çalışır. Söhbət beynəlxalq oyunlar zamanı totalizatora işləməklə çoxlu sarı vərəqə göstərməkdən gedir.

İddia edilir ki, Stipidi bu məsələdə tək olmayıb. Ona rusiyalı FİFA referisi Sergey Lapoçkin yardım edib. Əgər bu ittihamlar təsdiqini tapsa, bu halda UEFA Lapoçkini futboldan ömürlük ömürlük uzaqlaşdıra bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right