Canni De Byazinin daha iki köməkçisi müəyyənləşdi

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha iki köməkçisi məlum olub.

Newsport.az-ın məlumatına görə, italiyalı məşqçilər - Benni Karbone və Klaudio Beluççi 64 yaşlı mütəxəssisin köməkçisi olacaqlar.

Karbone son olaraq 2017/2018 mövsümündə "Krotone"də köməkçi məşqçi olub. Beluççini isə son dəfə 2018/10 mövsümündə "Albissolo" klubunda çalışıb.

Canni De Byazinin digər köməkçisi Arif Əsədovdur. Albaniya millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqollinin də məşqçilər korpusunda yer alacağı barədə xəbərlər yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right