"Azərbaycanda oyunun fasiləsində namaz qılırdılar" - perulu futbolçu

"Zirə" ilə icarə müqaviləsi başa çatan Alvaro Ampuero libero.pe saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, perulu müdafiəçi yaxın günlərdə ölkəsinə qayıdacağını deyib:

"Bu günlərdə Peruya qayıdacağam. Ancaq məqsədim Azərbaycanda qalmaq və ya Avropanın başqa ölkəsində çıxış etməkdir. Bütün bunları Limada sakit şəkildə təhlil edəcəyəm".

27 yaşlı futbolçu Peru və Azərbaycan futbolunu müqayisə edib:

"Peru və Azərbaycan futbolunu müqayisə etsək, deyərdim ki, bizim ölkədə texnika daha çoxdur, amma burada biri qədər güc və daha sürətli oyuna üstünlük verirlər. Komanda bəzən 3-5-2 ilə oynayırdı və mənim üçün bu da yaxşı olurdu. Hər zaman məşqçinin istifadə etdiyi sistemə uyğun idim".

Ampuero Azərbaycandakı adət-ənənədən söz açıb:

"Azərbaycanda olan mövcud adətlər, əsas da dini mövzular fərqli bir şeydir. Məsələn, oyunun fasiləsində namaz qılan insanlar var idi. Buna hörmətlə yanaşmaq lazımdır. Yeməklər necədir? Pis deyil, əslində Peru yeməkləri üçün darıxıram".

Ampuero müqavilə ilə Perunun "Deportivo Minisipial" klubuna məxsusdur.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah