Super Liqa klubunda qalmaqallı ayrılıq

Türkiyənin “Dənizlispor” klubunun müdafiəçisi Syam Ben Yussef Super Liqa təmsilçisindən ayrılıb.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 31 yaşlı futbolçunun bu qərarı birtərəfli qaydada qəbul etdiyi diqqətə çatdırılıb.
 
Tunisli müdafiəçi müqavilə müddətinin başa çatdığını əsas gətirərək klubdan ayrılıb. “Dənizlispor” isə FİFA-nın “mövsümün sonuna qədər olan müqavilələrin çempionat tam yekunlaşana qədər keçərli sayılacağı” barədə qərara məhəl qoymayan futbolçudan şikayət etməyə hazırlaşır.
 
Qeyd edək ki, Ben Yussef bu ilin əvvəlində “Kasımpaşa”dan “Dənizlispor”a transfer olunmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right