Azərbaycanlı futbolçu "Arsenal"ın hədəfində

"Spartak"da əvəzedici komandaya göndərilən Ayaz Quliyev mövsümün sonunda Moskva klubundan ayrıla bilər.

 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu ilə Rusiyanın "Arsenal" klubu maraqlanır. Tula təmsilçisi Quliyevin keçidi üçün "Spartak"la danışıq aparmağa hazırlaşır.

 

23 yaşlı yarımmüdafiəçiyə "Dinamo" (Moskva) və "Axmat" klubları da maraq göstərir.

 

Ayaz Quliyev bu mövsüm keçirdiyi 15 oyunda qol və assistlə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right