"İnter" Mario Mancukiçlə müqavilə imzalaya bilər

"İnter" Qətərin "Əl-Duhail" klubundan ayrılan xorvatiyalı futbolçu Mario Mancukiçlə müqavilə imzalaya bilər.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Antonio Konte 34 yaşlı hücumçunu komandasında görmək istəyir.

Bu səbəbdən Milan təmsilçisi təcrübəli futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib. Mancukiçin "göy-qaralar"a keçməsinə müsbət baxdığı bilidirilir.

Mancukiçə Rusiyanın "Lokomotiv" klubu 2 illik müqavilə təklif edib. O, Moskva təmsilçisinin təklifini qəbul etsə, ümumilikdə 8 milyon avro maaş qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right