Niderland - İspaniya oyununun yeni tarixi açıqlandı

Niderland və İspaniya komandaları arasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış yoldaşlıq oyununun yeni tarixi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşma noyabrın 11-də Amsterdamda keçiriləcək.

Daha əvvəl matçın martda oynanılması nəzərdə tutulmuşdu.

Bu komandalar 2010-cu ildə dünya çempionatının finalında da üz-üzə gəliblər. Həmin görüşdə Andres İnyestanın 116-cı dəqiqədə vurduğu qol ispanlara çempionluq qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right