Münhen təmsilçisini Super Liqa klubuna dəyişdi

“Alanyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Almaniyanın “1860 Münhen” klubunun yarımmüdafiəçisi Efkan Bekiroğlunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

Əslən türk olan, Almaniya doğumlu Efkan Bekiroğlu 2018-ci ildən “1860 Münhen”in şərəfini qoruyurdu. O, daha öncə “Föniks Münhen”, “Unterföhrinq” və “Auqsburq”da da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right