"Liverpul"u tərk edir

"Liverpul"un futbolçusu Adam Lallana bu mövsüm başa çatdıqdan sonra İngiltərə klubundan ayrılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib. O, 32 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni qarşılıqlı razılaşma əsasında yenilməyəcəklərini deyib.

"Adamın "Liverpul"dan ayrılacağı aydındır. O, yaxşı futbolçudur və məşqlərdə iştirakı ilə hər kəsə nümunədir. Adam peşəkardır, ona çox hörmət edirik. Mənim üçün Adam artıq "Liverpul"un əfsanəsidir və gələn mövsümdən başqa yerdə bir əfsanə ola bilər".

Qeyd edək ki, A.Lallana 2014-cü ildən "Liverpul"da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right