Evi yağmalanan Riberi "Fiorentina"dan ayrılır

"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi Florensiyadakı evinin soyulmasından sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Fransa millisinin keçmiş üzvü xoşagəlməz hadisə ilə üzləşdiyindən təəccüblənib və İtaliyadan ayrılmağı düşündüyünü bildirib:

"Həyat yoldaşımın bir neçə çantası və ləl-cəvahiratını aparıblar. Ancaq bunlar önəmli deyil. Başıma gələn hadisəni qəbul etmək istəmirəm. Şükürlər olsun ki, xanımım və uşaqlarım Münhendə olublar. Bundan sonra mən Florensiyaya necə güvənə bilərəm? Mən milyonlarla avronun arxasınca getmirəm. Şükürlər olsun, hər şeyim var, yoxsul deyiləm, qazanmışam. Mən həmişə topun arxasında qaçdım, çünki mənim sevgim budur. Lakin ailəm hər zaman öndə gəlir. Buna görə lazım olan qərarlar verəcəyəm".

37 yaşlı futbolçunun "bənövşəyilər"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Riberi bu mövsüm A Seriyasında 15 oyun keçirib, 3 qol və 2 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right