Mourinyo komandasındakı qalmaqaldan danışdı: "Çox sevindim"

“Tottenhem”in futbolçuları - qapıçı Uqo Lyorislə yarımmüdafiəçi Son Hın-Min arasında gərginlik baş verib.

Newsport.az-ın məlumatına görə, onlar Premyer Liqanın 33-cü turunda "Everton"la matçda münaqişə yaşayıblar. Digər futbolçular qarşıdurmanın böyüməsinə imkan verməyiblər.

İkinci hissədə meydana çıxarkən futbolçular qucaqlaşıb və hər şeyin yolunda getdiyini nümayiş etdiriblər.

London təmsilçisinin baş məşqçisi Joze Mourinyo qalmaqala münasibət bildirib: "Gözəl, buna görə sevindim. Komanda daxilində gərginliyin olması vacibdir. Əgər buna görə kimisə günahlandıracaqsınızsa, qarşınızda əyləşmişəm. Futbolçulardan bir-birlərinə təzyiq etmələrini tələb etmişəm. Onlar özlərinə tənqidi yanaşmalıdırlar. Komandamda çox yaxşı oğlanlar var, ancaq bununla daha öncə qazanmadığım və maraqlanmadığım Feyr-Pley kubokunu əldə edə bilərəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right