“Hamburq”da yeni baş məşqçi

“Hamburq”a yeni baş məşqçi təyin olunub.

Newsport.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisini bundan sonra Daniel Tiun çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tiun Almaniyada dünyaya göz açsa da, Seneqal əsillidir. Bu üzdən də o, “Hamburq”un tarixinə ilk qaradərili məşqçi kimi düşüb.

Tiun “Hamburq”da ötən həftə istefaya göndərilən Diter Hekinqi əvəz edib. Danielin son iş yeri isə 2-ci Bundesliqanın digər təmsilçisi “Osnabryuk” olub. “Hamburq” onun sabiq klubuna 300 min avro təzminat da ödəyib.

Hamburqun eyniadlı təmsilçisi geridə qalan mövsümdə 34 oyuna topladığı 54 xalla 18 kollektiv arasında 4-cü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right