Məşhur jurnalist azərbaycanlı haqda: "Əsl hücumçu olacaq"

"Onu yaxından görənlər yalnız "Vulverhempton"un U-23 komandasının oyunlarını stadiondan izləyən qatı azarkeşlərdir".

Newsport.az-ın məlumatına görə, bunu "Birmingem Mail" nəşrinin "Vulverhempton" üzrə müxbiri Aleks Diken "coventrytelegraph.net" saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Koventri"yə mümkün keçidi barədə danışarkən deyib.

21 yaşlı hücumçunun cari mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirdiyini xatırladan ekspert onun kifayət qədər güclü bədənə sahib olduğunu bildirib:

"Böyük ehtimalla, əsl cərimə meydançası hücumçusu olacaq. Çünki enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. Çox sürətlidir, dar sahədə ayaqla yaxşı oynaya bildiyini dəfələrlə göstərib".

Dadaşovun qış fasiləsində "Birmingem Siti"dən təklif aldığını söyləyən Diken onun təklifi qəbul etməməklə doğru addım atdığını vurğulayıb: "Yaxşı tanıdığı və özünü rahat hiss etdiyi komandada futboldan zövq almağa üstünlük verdi.

Renat yüksək səviyyədə futbol oynamasa da, göstəriciləri çox yaxşıdır. Azərbaycan millisini seçməmişdən əvvəl Almaniyanın aşağı yaşlılar üzrə yığmalarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb".

Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Forvard hələ əsas komandada debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right