Millinin sabiq baş məşqçisi koronavirusa yoluxdu

Braziliyanın sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin özü videomüraciətində deyib.

O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunəsinin cavabı iyulun 3-də bəlli olub.

Nəticə müsbət olduğuna görə o, dərhal hazırda rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən azad edilib. Luşemburqunun yaşı 68 olduğu üçün yüksək risk qrupuna daxildir.

Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.

Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub. Hazırda bu ölkədə 1 578 376 koronavirusa yoluxma, 64 365 ölüm var. Braziliya hər iki göstəricidə ABŞ-dan sonra ikincidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right