Buffondan tarixi rekord

İtaliya A Seriyasının 30-cu turunda evdə “Torino”nu 4:1 hesabı ilə məğlub edən “Yuventus”un qapıçısı Canluici Buffon rekorda nail olub.

 

Newsport.az-ın məlumatına görə, 42 yaşlı qolkiper bu oyunun iştirakçısı olmaqla A Seriyasının tarixinə düşüb. İtaliyalı qapıçı çempionatda 648-ci oyununu keçirib.

 

O, “Milan”nın keçmiş müdafiəçisi Paolo Maldinini geridə qoyaraq bu göstəricidə birinci olub. Maldini 1984-2009-cu illərdə İtaliya çempionatında 647 oyun keçirib.

 

Buffon ötən həftə "Yuventus"la daha bir illik müqavilə imzalayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah