Ermənistan futbolunda rəzalət

Ermənistanın I divizionunda mövsüm danışılmış oyunlara görə yarımçıq başa vurulub.

 

Newsport.az-ın məlumatına görə, UEFA-dan Ermənistan Futbol Federasiyasına daxil olan məlumatlardan sonra hüquq-mühafizə orqanları araşdırmalar aparıb. Nəticədə federasiya 5 klubu - “Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”ı çempionatdan uzaqlaşdırıb.

 

Bundan əlavə, 45 nəfərə futbolla əlaqəli işlər ömürlük qadağan olunub. 13 işbaza isə bir neçə illik cəza verilib.

 

Yerli mətbuatına məlumatına görə, cəzalandırılan şəxslər arasında Rusiya, Ukrayna, Latviya və Belarus vətəndaşı olan futbolçular da var.

 

Federasiyanın İcraiyyə Komitəsi yekdillikdə hazırkı mövsüm üçün birinci liqanın dayandırılmasına qərar verib. Yarışın qalibi məsələsi haqda qərar isə yaxın günlərdə açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right