"Bayern" Almaniya kubokunu da qazandı

Almaniya kubokunun final görüşü keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşmada Bundesliqada mövsümü qalib başa vuran "Bayern" və "Bayer" klubları qarşılaşıb.

Oyun "Bayern"in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Münhen təmsilçisi 20-ci dəfə ölkə kubokunu qazanıb.

 

"Bayer" - "Bayern" - 2:4

Qollar: Sven Bender, 63, Kay Haverts, 90+5 (pen.) - David Alaba, 16, Serj Qnabri, 24, Robert Levandovski, 59, 89

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah