"Napoli" Cengiz Öndərə müqavilə təklif edib

"Roma"nın yarımmüdafiəçisi Cengiz Öndər "Napoli"yə keçməyə yaxındır. Newsport.az xəbər verir ki, Türkiyə millisinin üzvünə illik 3,5 milyon avrodan beş illik müqavilə təklif edilib.

Futbolçu ilə “Napoli”nin razılaşdığı bildirilir. Komanda “Roma”ya 25 milyon avro ödəməyə hazırdır.  Ancaq paytaxt təmsilçisinin prezidenti Franko Baldini Öndər üçün 35 milyon tələb edir. Tərəflər arasında danışıqların davam etdiyi vurğulanıb.

Qeyd edək ki, "Roma" 22 yaşlı yarımmüdafiəçini 2017-ci ildə 14 milyon qarşılığında “Başakşehir”dən transfer edib. O, cari mövsüm komandanın heyətində 22 oyun keçirib və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right