"Fiorentina" baş məşqçi postuna De Rossini gətirir

"Roma"nın əfsanəvi futbolçusu Daniele De Rossi baş məşqçiliyə başlamağa hazırlaşır.

 

Newsport.az "Sky Sport"a istinadla xəbər verir ki, veteran futbolçu "Fiorentina"nı çalışdıra bilər.

 

Komandanın baş məşqçi postuna Luçano Spallettinin də adı hallanır. Ancaq onun Florensiya təmsilçisinin 61 yaşlı mütəxəssisin maaşını həll edəcəyi inandırcı görünmür. Spalletti "İnter"dən istefaya göndərilsə də, Milan təmsilçisi ilə müqaviləsi hələ ləğv edilməyib və 2021-ci ilə qədər qüvvədədir.

 

Bu səbəbdən "Fiorentina" 37 yaşlı De Rossini baş məşqçi postuna gətirməyə qərar verib. Məlumata görə, İtaliya millisinin keçmiş üzvü təklifi qəbul etməyə hazırlaşır.

 

De Rossi 2001-2019-cu illərdə "Roma"da çıxış edib. O, yanvarda "Boka Xuniors" klubunda karyerasını başa vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah