"Barselona"dan "Yuventus"a təklif Qrizmannı al, onları ver

"Barselona" "Yuventus"la növbəti transfer əməliyyatı reallaşdırmaq istəyir.

 

Newsport.az xəbər verir ki, katalonlar Turin təmsilçisindən Duqlas Kosta və Adrien Rabyönü istəyir. "Barsa" bu futbolçuların əvəzində qarşı tərəfə hücumçusu Antuan Qrizmannı vermək fikrindədir.

 

"Yuventus" bu təklif barədə düşünmək üçün vaxt istəyib.

 

İspaniya mətbuatının məlumatına görə, Qrizmann komandada xoşbəxt deyil və ayrılmaq fikrindədir. "Barselona" fransalı futbolçunu 2019-cu ildə "Atletiko"dan 120 milyon avroya transfer edib. 29 yaşlı futbolçu bu mövsüm 43 oyunda 14 qol vurub, 4 assist edib.

 

Daha öncə "Barselona" və "Yuventus" yarımmüdafiəçiləri - Artur Melo ilə Miralem Pyaniçi dəyişmişdilər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right