"Borussiya"dan 23 milyon avroluq transfer

"Borussiya" İngiltərənin "Birmingem" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin transferini bitirib.

 

Newsport.az "Bild"ə istinadla xəbər verir ki, Dortmund təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin keçidini 23 milyon avroya həll edib. İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Bellinqem "Birmingem"in yetirməsidir. Gənc futbolçu bu mövsüm 38 oyunda 4 qol vurub, 3 assist edib.

 

"Borussiya" bundan öncə PSJ-dən ayrılan belçikalı cinah müdafiəçisi Toma Menyeni transfer etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right