UEFA ÇL-nin növbəti mövsümünün təqvimini açıqladı

UEFA Çempionlar Liqasında 2020-21 mövsümünün təqvimini açıqlayıb. Newsport.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən oyunların tarixi dəyişdirilib.

Qrup mərhələsi
 
1-ci tur – 20-21 oktyabr
2-ci tur – 27-28 oktyabr
3-cü tur – 3-4 noyabr
4-cü tur – 24-25 noyabr
5-ci tur – 1-2 dekabr
6-cı tur – 8-9 dekabr
 

Pley-off oyunları 2021-ci ilin fevralın 16-da başlayacaq. İlk dörddəbir final matçları aprelin 6 və 7-də, cavab görüşləri 13 -14-də keçiriləcək.

Yarımfinal görüşlərinin ilk matçları isə aprelin 27 və 28-də, ikinci oyunlar 4 və 5 mayda baş tutması planlaşdırılır.

Turnirin final matçı mayın 29-da İstanbulda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right